Bakı. Könül Cəfərli – APA. İranın Qum şəhərində Yaxın Şərqin ən böyük qaz anbarı istifadəyə verilib. APA-nın İRİB-ə istinadən məlumatına görə, anbarın bu gün keçirilən açılış mərasimində İran prezidenti Mahmud Əhmədinejad da iştirak edib. Xəbərdə bildirilib ki, İran bölgədə qaz ehtiyatı anbarına malik olan yeganə ölkədir.