Bank Of Baku

İranın AEBA-dakı nümayəndəsi: “Cenevrə razılaşmasının yanvarın ortalarınadək icraya yönəldiləcəyi ehtimal olunur”

İranın AEBA-dakı nümayəndəsi: “Cenevrə razılaşmasının yanvarın ortalarınadək icraya yönəldiləcəyi ehtimal olunur”
# 30 noyabr 2013 16:11 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında nüvə məsələsində əldə olunmuş razılaşmanın bu il dekabrın sonunda və ya gələn il yanvarın əvvəllərində icra edilməsi gözlənilir”.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Rza Nəcəfi bildirib.

 

Onun sözlərinə görə, hər iki tərəfin ən azı gələn il yanvarın ortalarınadək Cenevrə razılaşmasından irəli gələn məsələləri həyata keçirməsi ehtimal olunur.

 

Qeyd edək ki, bir müddət əvvəl İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Cenevrə razılaşmasının dekabrın 20-dən icraya yönəldiləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR