Bank Of Baku

İranın ali dini lideri 1298 məhbusu əfv edib

İranın ali dini lideri 1298 məhbusu əfv edib
# 29 yanvar 2013 08:41 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. İranın ali dini lideri, ayətullah Əli Xamneyi əfv fərmanı imzalayıb.

 

APA-nın İRİB-ə istinadən məlumata görə, İranın ədliyyə naziri, ayətullah Sadiq Laricani Amoli İslam peyğəmbərinin (s.ə.s.) miladı və 1979-cu il inqilabının qələbəsinin ildönümü münasibətilə ölkənin ali dini liderinə yazılı formada müraciət edib.

 

Nazir məktubunda 1298 məhbusun azadlığa buraxılması və ya cəza müddətinin azaldılması ilə bağlı nəzərdə tutan əfv təklifini ayətullah Xamneyiyə təqdim edib. İranın ali dini lideri də bu təkliflə razılaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR