Bank Of Baku

İranın Azərbaycandakı səfirliyi: Dünya birliyi İranın uranın zənginləşdirilməsi proqramını rəsmən tanıyıb

İranın Azərbaycandakı səfirliyi: Dünya birliyi İranın uranın zənginləşdirilməsi proqramını rəsmən tanıyıb
# 02 dekabr 2013 14:22 (UTC +04:00)

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, diplomatik nümayəndəlik nüvə sahəsində Cenevrədə əldə olunmuş son razılaşma haqqında bəzi məqamları açıqlayıb.

 

Birinci məqam ondan ibarətdir ki, İranla “altılıq” ölkələri arasında müzakirələrin nəticəsi olaraq dünyanın böyük gücləri bu ölkənin nüvə hüququnu və Nüvə Silahlarının Qadağan Olunması (NPT) sazişinə əsasən digər ölkələr kimi sülh məqsədli nüvə enerjisindən bəhrələnmək hüququna malik olduğunu rəsmən tanıyıb: “NPT müqaviləsi bu hüququ onu imza edən bütün ölkələrə verib və bu səbəbdən dünyanın qırxdan çox ölkəsi NPT çərçivəsində uranın zənginləşdirilməsi ilə məşğul olur. Buna əsasən də nüvə yanacağı istehsal edən ölkələrin əksəriyyətinə Atom Enerji üzrə Beynəlxalq Agentlik nəzarət edir, lakin eyni halda dünyanın super dövlətlərinin İranın bu hüququnu tanıması siyasi baxımdan, həmçinin İran üçün bəzi maneələrin aradan qaldırılması cəhətdən çox dəyərlidir”.

 

İkinci məqam ondan ibarətdir ki, uranın beş faizə qədər zənginləşdirilməsi əvvəlki kimi İran ərazisində davam etdiriləcək. Razılaşmanın maddələrində də açıq şəkildə bildirilir ki, İran uranın zənginləşdirilməsini davam etdirəcək: “Əldə olunmuş razılığa əsasən, uranın zənginləşdirilməsi ilə məşğul olan mərkəzlərdən heç biri bağlanmayacaq, Fordo və Natanz zənginləşdirmə mərkəzləri öz işlərini davam etdirəcək. Ərak ağır su proqramı hazırkı proqram əsasında öz işinə davam edəcək və İrandan heç bir maddə çıxarılmayacaq, eləcə də zənginləşdirilmiş maddələrin hamısı İranda qalacaq”.

 

Bəyanatda qeyd olunan növbəti məqam İrana qarşı tətbiq olunan sanksiyaları ilə bağlıdır. Səfirlik ümid edir ki, Qərb altı ay müddətində öz öhdəliyinə əməl edib İran xalqının etimadını yenidən qazanacaq: “Əldə olunmuş razılığa əsasən, sanksiyalar azalmağa doğru hərəkət edəcək. Dünya gücləri də elan ediblər ki, müzakirələrin sona çatması və tam razılaşma əldə olunacağı təqdirdə bütün sanksiyalar, o cümlədən BMT, Avropa Birliyi və ABŞ tərəfindən birtərəfli qaydada tətbiq olunan sanksiyalar aradan qaldırılacaq. Bu razılaşmada açıq şəkildə qeyd olunan müddəaya əsasən, bütün sanksiyalar müzakirələrin davam etdirilməsi ilə birlikdə addım-addım aradan qaldırılacaq”.

 

Səfirliyin bəyanatında eyni zamanda vurğulanır ki, hazırda İran xalqının dirənişi öz bəhrəsini verib və dünya birliyi problemin həllinin bir hissəsi kimi İranın uranın zənginləşdirilməsi proqramını rəsmən tanıyıb: “Son müzakirələrin təcrübəsi göstərdi ki, İran xalqı ilə davranmağın yeganə yolu qarşılıqlı ehtiram, bərabər mövqe və sanksiya əvəzində hörmətdir. Sionist rejim rəsmilərinin qəzəblənməsinin səbəbi də budur ki, müzakirə və sülh yolu qalib gəlib, gərginlik və müharibə yolu isə məğlub olub. İran İslam Respublikasının gözləntisi budur ki, Qərb tərəfi razılaşdırılmış sənəddə yer alan öhdəliklərə əməl edəcək, əks təqdirdə, İran da öz öhdəliklərindən imtina edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR