Bank Of Baku

İranın Azərbaycandakı səfirliyi: Zəlzələdən zərər çəkənlərin yaşayış yerləri ilə təmin edilməsi prosesi davam edir

İranın Azərbaycandakı səfirliyi: Zəlzələdən zərər çəkənlərin yaşayış yerləri ilə təmin edilməsi prosesi davam edir
# 10 yanvar 2013 15:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beyginin zəlzələdən zərər çəkmiş şəxslərin evlə təmin edilməsi barədə açıqlaması narazılıqla qarşılanıb.

 

Əhməd Əlirza Beyginin İranın Azərbaycandakı səfirliyindən APA-ya göndərilən açıqlamasında deyilirdi ki, zəlzələdən zərər çəkmiş şəxslərin hamısı daimi, yaxud müvəqqəti mənzillərlə təmin ediliblər, onlardan heç biri çadırda yaşamır.

 

Lakin bu xəbər güney azərbaycanlılar tərəfindən ciddi etirazla qarşılanıb. Muğandan olan, hazırda isə Türkiyədə yaşayan siyasi mühacir Babək Əsənli bildirib ki, real vəziyyəti isbat etmək üçün Təbrizdəki fəallar Qaradağa ziyarət ediblər, Vərziganın Sərənd bölgəsinin Bacabac, Şallı və Aşağı Çaxmaqbulaq kəndlərində olublar və çadırladan fotolar çəkiblər: “Fotoları 9 yanvar tarixində çəkilən 3 kəndin sakinlərinin çoxu çadırlarda yaşayır. Bəziləri isə uçmuş evlərinin bir otağını öz gücü ilə bərpa edib, orada qalır”.

 

Onlar daha dəqiq sübut üçün tarixi avtomatik göstərən fotolardan istifadə ediblər.

 

Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyinin APA-nın sorğusuna cavabı isə belə olub: “Zəlzələdən zərər çəkənlərin isti və şəraiti olan yaşayış yerləri ilə təmin edilməsi istiqamətində dövlətin aidiyyəti orqanları tərəfindən işlər görülüb. Proses ciddi şəkildə davam edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR