Bank Of Baku

İranın baş prokuroru: “Musəvi və Kərrubinin prezident seçkilərində iştirak etmək ixtiyarı yoxdur”

İranın baş prokuroru: “Musəvi və Kərrubinin prezident seçkilərində iştirak etmək ixtiyarı yoxdur”
# 17 yanvar 2013 13:43 (UTC +04:00)

 APA-nın “RadioFarda”ya istinadən məlumatına görə, bunu İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei bildirib.

 

Onun sözlərinə görə, M. Musəvi və M. Kərrubi bir sıra qanunsuz hərəkətlərə yol veriblər: “Bu səbəbdən onlar tövbə etməyincə, yanlışlıqlarını düzəltməyincə prezident seçkilərində iştiraklarına icazə verilməyəcək”.

 

Qeyd edək ki, 2009-cu il İranda Mahmud Əhmədineajadın qələbəsi ilə nəticələnmiş prezident seçkilərindən sonra İran müxalifətinin əsas liderlərindən sayılan M. Musəvi və M. Kərrubi ev dustaqlığına məhkum ediliblər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR