Bank Of Baku

İran Mərkəzi Bankının sabiq rəhbəri Almaniyada şübhəli şəxs qismində saxlanılıb

İran Mərkəzi Bankının sabiq rəhbəri Almaniyada şübhəli şəxs qismində saxlanılıb
# 03 fevral 2013 18:02 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APAAlmaniyanın Düsseldorf hava limanında  İran Mərkəzi Bankının sabiq rəhbəri Təhmasib Mazəhəri saxlanılıb.

 

APA-nın məlumatına görə, hava limanında onun üzərindən Venesuelanın Mərkəzi Bankına aid olan təxminən 70 milyon dollarlıq bank qəbzi aşkar edilib.

 

Çirkli pulların yuyulmasında şübhəli bilinən T. Mazəhəri barədə Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlayıb.

 

İstintaq zamanı o bildirib ki, bu pullar  Vensuela hökuməti tərəfindən maliyyələşdiriləcək yeni yaşayış binalarının tikintisi üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, T. Mazəhəri yanvarın 21-də Düsseldorf hava limanında  saxlanılsa da, saxlanılan şəxsin məhz sabiq nazir olmasından media yeni xəbər tutub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR