Bank Of Baku

İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində 7 nəfər yaralanıb, 5 evə zərər dəyib

İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində 7 nəfər yaralanıb, 5 evə zərər dəyib
# 27 yanvar 2013 00:24 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində Herisin Şahsuvar kəndinin 7 sakini yaralanıb. APA-nın məlumatına görə, müxtəlif dərəcəli xəsarət alanlar İranın Qızıl Ay Cəmiyyətinin xətti ilə xəstəxanaya çatdırılıb. Tibbi yardım göstəriləndən sonra yaralılar evə buraxılıb.

 

Zəlzələ nəticəsində Əhərin Gəziləcə kəndində 5 evə zərər dəyib. Vərziganda isə hələ də yeraltı təkanlar davam edir.

 

Qeyd edək ki,  İranın Şərqi Azərbaycan vilayətində yanvarın 26-da yerli vaxtla saat 18:40-da Rixter şkalası üzrə 4.8 bal gücündə zəlzələ baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR