Bank Of Baku

İranın Şərqi Azərbaycan vilayətində zəlzələ nəticəsində yaralı sayı 10 nəfərə çatıb

İranın Şərqi Azərbaycan vilayətində zəlzələ nəticəsində yaralı sayı 10 nəfərə çatıb
# 27 yanvar 2013 12:12 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində yaralı sayı 10 nəfərə çatıb.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Şərqi Azərbaycan vilayətinin Fövqəladə Hallar Komissiyasının müdiri Xəlil Sai açıqlama verib.

 

O bildirib ki, təbii fəlakət nəticəsində ölən olub-olmadığına dair quruma heç bir məlumat daxil olmayıb: “ Lakin zəlzələ nəticəsində Əhər və Vərziganda 10 nəfər yaralanıb. Onlar da müalicə üçün Təbriz xəstəxanasına göndərilib”.

 

Qeyd edək ki,  İranın Şərqi Azərbaycan vilayətində yanvarın 26-da yerli vaxtla saat 18:40-da Rixter şkalası üzrə 4.8 bal gücündə zəlzələ baş verib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR