Bank Of Baku

İranın Şərqi Azərbaycan vilayətinə yağan güclü qar nəticəsində 50 kəndin yolu bağlanıb - FOTO

İranın Şərqi Azərbaycan vilayətinə yağan güclü qar nəticəsində 50 kəndin yolu bağlanıb - <span style="color: red;">FOTO
# 31 yanvar 2013 07:19 (UTC +04:00)

 APA-nın məlumatına görə, bu barədə “Fars” xəbər agentliyinin Vərzigandan hazırladığı reportajda yazılıb.

 

Xəbərdə bildirilib ki, 3 gün əvvəl yağan güclü qar nəticəsində Vərziganın 50 kəndinin yolu bağlanıb: “Vərzigan şəhərinə 37 sm hündürlüyündə qar yağıb. Bölgəyə qar 3 gün əvvəl yağsa da, Vərzigan bələdiyyəsi yalnız dünən yolları açmağa başlayıb. İşlərin belə gecikməsi kəndlərdə vəziyyəti daha da ağırlaşdırıb. 2012-ci il avqust ayında baş verən və çox böyük tələfata səbəb olan güclü zəlzələdən sonra indiyədək Vərziganda 3000 yeraltı təkan qeydə alınıb. Təbii fəlakət nəticəsində valideynlərini itirən uşaqlar indi də soyuqdan əziyyət çəkirlər. Ümid edirik ki, Şərqi Azərbaycan valiliyi məsələyə daha çox diqqət göstərərək, öz vəzifəsini yerinə yetirəcək”.

 

Qeyd edək ki, bu il avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR