Bank Of Baku

İranın Şərqi Azərbaycan vilayətinin zəlzələ bölgəsindən yeni fotoreportaj hazırlanıb - FOTOSESSİYA

İranın Şərqi Azərbaycan vilayətinin zəlzələ bölgəsindən yeni fotoreportaj hazırlanıb - <span style="color: red;">FOTOSESSİYA
# 05 fevral 2013 18:25 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində evsiz qalan insanlar hələ də çadırlarda ağır şəraitdə yaşayırlar. APA-nın məlumatına görə, bu barədə İranın “Fars” xəbər agentliyinin Qaradağın Heris bölgəsindən hazırladığı yeni fotoreportajda əks olunub.

 

Şərqi Azərbaycan vilayətində yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, tək Herisdə deyil, eyni ağır həyat şəraiti Əhər və Vərziganda da davam edir. Bölgədə qidaya, içməli suya, dərman ləvazimatlarına və tibb məntəqəsinə ciddi  ehtiyac var. Bəzi sadə vətəndaşlar öz şəxsi vəsaitləri hesabına zəlzələdən zərərçəkənlərə yardım etməyə çalışırlar. Lakin bu cür fərdi yardımlar minlərlə evsiz qalmış insana yetərli deyil. Şaxtalı havadan və şəraitsizlikdən daha çox uşaqlar və yaşlılar əziyyət çəkir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR