Bakı. Könül Cəfərli - APA. İran sərhədçiləri Səudiyyə Ərəbistanına məxsus 2 balıqçı gəmisini saxlayıblar.
APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın Buşəhr vilayətində Sahil Mühafizəsi Qüvvələrinin komandanı Qələndər Ləşqari açıqlama verib.
O bildirib ki, gəmilər İranın su sərhəddini pozduğu üçün saxlanılıb: “Sərhədçilərimiz İran ərazisində bayraqsız üzən 2 gəmini aşkar ediblər. Saxlanılandan sonra gəmilərin Səudiyyə Ərəbistanına məxsus olduğu müəyyən edilib”.