Bank Of Baku

İranın Türkiyədəki səfiri: “Bəzi rəsmilərimizin açıqlamaları Türkiyə ilə əlaqələrimizə zədələyə bilər”

İranın Türkiyədəki səfiri: “Bəzi rəsmilərimizin açıqlamaları Türkiyə ilə əlaqələrimizə zədələyə bilər”
# 18 yanvar 2013 14:17 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Bəzi rəsmilərimizin xarici siyasətlə bağlı yanlış açıqlamaları İranla Türkiyə arasındakı əlaqələri zədələyə bilər”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu  İranın Türkiyədəki səfiri Bəhmən Hüseyinpur deyib.

 

O bildirib ki, hər əlinə mikrofon alan Tehranın xarici siyasəti ilə bağlı açıqlama verə bilməz: “İranla Türkiyə arasında əlaqələr bu günədək qorunub saxlanılıb. Ölkəmizin xarici siyasətinə dair ali dini lider, prezident, təhlükəsizlik şurası və Xarici İşlər Nazirliyi mövqe açıqlaya bilər. Mətbuatda yayılan açıqlamalarla dövlət rəsmilərinin mövqeyi üst-üstə düşmür. Bu cür həssas mövzularda fikir bildirərkən İranın mənfəəti nəzərə alınmalıdır. Türkiyə ilə İran arasında 24 mlrd. dollar həcmində ticarət əməkdaşlığımız var. Düşünmədən edilən açıqlamalar bu əlaqələrə zərər verə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR