Bank Of Baku

İranın vitse-prezidenti: “Urmiya gölünün vəziyyəti yaxşıdır”

İranın vitse-prezidenti: “Urmiya gölünün vəziyyəti yaxşıdır”
# 22 yanvar 2013 11:55 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Urmiya gölünün vəziyyəti yaxşıdır”. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın vitse-prezidenti, Ekologiya Təşkilatın sədri Məhəmməd Cavad Məhəmmədzadə deyib.

 

O bildirib ki, göl üzərində süni yağış yağdırılmasının ətraf kəndlərə heç bir zərəri yoxdur: “Bəzi mənbələr süni yağış nəticəsində ətraf kəndləri sel basdığını yazıb. Lakin deyilənlər doğru deyil. Xüsusi texnologiya ilə süni yağış yağdırılır. Bu texnologiyadan İranın Fars, Yəzd, Kirman və başqa vilayətlərində də istifadə edilib və heç bir fəsad müşahidə edilməyib. Süni yağış hesabına Urmiya gölünün vəziyyəti daha əvvəllə müqayisədə yaxşılaşıb. Ümid edirik ki, bu il gölün durumu daha da yaxşı olacaq. Süni yağışdan başqa  10 ölkə də istifadə edib və müsbət nəticəsi olub”.

 

Lakin Qərbi Azərbaycan vilayətinin Su Resursları Araşdırmalar İdarəsinin müdiri Mehrəng Dusti Rezayi bildirib ki, yağıntıların miqdarının artmasına baxmayaraq, Urmiya gölündəki vəziyyət dəyişməyib. “Öyrənci səsi” saytının yaydığı xəbərə görə, M.D.Rezayi Urmiya gölünün səviyyəsinin 1270,95 mm-ə endiyini deyib: “Bu göstərici gölün vəziyyətinin pisləşməsindən xəbər verir. Urmiya gölünə son 5 ayda yağan yağıntıların miqdarı 55% artıb. Ötən il gölə 119,5 mm, son 5 ayda isə 185,5 mm yağıntı düşüb. Bu artıma baxmayaraq, Urmiya gölündəki böhran davam edir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR