Bank Of Baku

İranın xarici işlər naziri ilə İraqın baş naziri arasında görüş keçirilib

İranın xarici işlər naziri ilə İraqın baş naziri arasında görüş keçirilib
# 06 dekabr 2013 11:00 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə İraqın baş naziri Nuri əl-Maliki arasında görüş olub.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə ikitərəfli əməkdaşlıq, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

M.C.Zərif bildirib ki, İraqın təhlükəsizliyi və sabitliyi İranın sabitliyi və təhlükəsizliyi sayılır: “Ona görə də İran bu yolda İraq xalqına hər cür yardım göstərməyə hazırdır. İranla İraq arasındakı əlaqələrin inkişafından məmnunam. İkitərəfli əlaqələrin bütün sahələrdə, xüsusilə iqtisadi sektorda inkişafı üçün çalışmalıyıq”.

 

İran xarici siyasət idarəsinin rəhbəri İraq və Suriyadakı terror aktlarından narahat olduqlarını da söyləyib: “Terrorizm siyasi mənfəətlərin təmin edilməsi üçün bir vasitə olaraq istifadə edilir”.

 

Nuri əl-Maliki isə öz növbəsində Cenevrə razılaşmasından məmnun qaldığını deyərək, bu müvəffəqiyyətin dünya və bölgə ölkələrinin mənfəətinə olacağını vurğulayıb: “İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi mühümdür. İraq hökuməti iki ölkə rəsmilərinin müşavirələri çərçivəsində iqtisadiyyat başda olmaqla bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hazırdır”.

 

İraqın baş naziri terrorla mübarizənin əhəmiyyətinə də toxunub: “Bölgədəki keçmiş təcrübələr terrorun idarə edilə bilmədiyini və onu dəstəkləyənlərə də zərər verir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR