Bank Of Baku

İranın xarici işlər naziri Misirdə səfərdədir

İranın xarici işlər naziri Misirdə səfərdədir
# 10 yanvar 2013 11:15 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. “Suriyanın taleyi bu ölkənin xalqı tərəfindən müəyyən olunmalıdır və bunu həyata keçirmək üçün region ölkələrinin yardımı lazımdır”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu Misirdə səfərdə olan İranın xarici işlər naziri Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, heç bir xarici ölkənin beynəlxalq konvensiyalara uyğun olaraq başqa bir dövlətin daxili işlərinə müdaxilə etməyə haqqı yoxdur: “İran qətiyyən başqa bir ölkənin daxili işlərinə müdaxilə etmək niyyətində deyil. İran Suriya xalqı və dövlətinin dostu olaraq bölgəni mövcud böhrandan çıxarmaq, sülh və sabitliyi təmin etmək istəyir. Misir də bölgənin vacib bir ölkəsi olaraq Suriya böhranı başda olmaqla, regional məsələlərin həll edilməsində təsirli rol oynaya bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR