Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi Rüsiyaya səfər edəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Rza Səccadi bildirib. Onun sözlərinə görə, səfər fevralın 11-12-də baş tutacaq. R. Səccadi həmçinin İran parlamentinin sədri Əli Laricaninin də Rusiyaya səfərinin gündəmdə olduğunu söyləyib: “Rusiya Dumasının sədri Əli Laricanini ölkəsinə dəvət edib”. Eyni zamanda səfir yanvarın 20-də Rusiyanın daxili işlər nazirinin İrana səfər edəcəyini vurğulayıb.