Bank Of Baku

İranın xarici valyuta ehtiyatlarının həcmi 100 milyard dollara çatıb

İranın xarici valyuta ehtiyatlarının həcmi 100 milyard dollara çatıb
# 08 iyul 2013 08:02 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın xarici valyuta ehtiyatlarının həcmi 100 milyard dollara çatıb”. APA-nın məlumatına görə, bunu İranın iqtisadiyyat naziri Şəmsəddin Hüseyni bildirib.

 

Onun sözlərinə görə, bütün təzyiq və sanksiyalara baxmayaraq, ölkəsinin xarici valyuta ehtiyatları artıb: “Bu da hökumətin bu sahədə sərf etdiyi səylərin uğurlu olduğunu göstərir”.

 

Ş.Hüseyni M.Əhmədinejadın 8 illik prezidentliyi dövründə İrana xarici investisiya qoyuluşunun da iki dəfə artdığını deyib: “Son 7 ildə xarici investisiyanın həcmi son 27 ilə nisbətən iki dəfə artıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR