Bank Of Baku

İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş keçiriləcək

İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş keçiriləcək
# 01 dekabr 2013 17:36 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Bu həftə İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş keçiriləcək”. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

 

Onun sözlərinə görə, görüşdə Cenevrə razılaşmasının icraya yönəldilməsinin mexanizmləri ətraflı araşdırılacaq: “Görüş ya Vyanada, ya da Cenevrədə baş tutacaq. Eyni zamanda bu həftə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin Helqa Şmidtlə bununla bağlı görüş planlaşdırılır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR