Bakı. Könül Cəfərli – APA. İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinin yanvarın sonunda keçiriləcəyi gözlənilir. APA-nın məlumatına görə, tərəflərin arasında müzakirələrin yenə də İstanbul şəhərində keçiriləcəyi ehtimal olunur. Ancaq hələlik müzakirələrin dəqiq yeri və tarixi müəyyənləşdirilməyib.
Qeyd edək ki, bu il yanvarın 16-da İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında növbəti nüvə müzakirələri də keçiriləcək.