Bakı. Könül Cəfərli – APA. İranla Atom Enerji üzrə Beynəlxalq Agentlik (AEBA) arasında iki gün davam edən nüvə müzakirələri növbəti dəfə nəticəsiz başa çatıb. APA-nın məlumatına görə, tərəflər sayca 8-ci görüşün fevral ayında Tehranda keçirilməsi barədə razılığa gəliblər. Ancaq müzakirənin dəqiq tarixi açıqlanmayıb. AEBA nüməyndə heyətinin yanvarın 18-də səhər saatlarında Vyanaya geri dönmələri gözlənilir.
Qeyd edək ki, indiyədək İranla AEBA arasında 7 görüş keçirilib, ancaq hələlik heç bir nəticə əldə olunmayıb.