Bank Of Baku

İranla AEBA arasında müzakirələr bu gün də davam edəcək

İranla AEBA arasında müzakirələr bu gün də davam edəcək
# 16 yanvar 2013 22:46 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Tehranda səfərdə olan Atom Enerji üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndə heyəti yanvarın 16-da İran tərəfi ilə 2 görüş keçirib. APA-nın məlumatına görə, İranın nüvə proqramının müzakirə olunduğu görüşdə AEBA nümayəndə heyəti agentliyin icraçı direktorunun müavini Herman Nakertsin, qarşı tərəfi isə İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyənin rəhbərliyi ilə iştirak edib. Qapalı qapılar arxasında keçirilən müzakirələrin təfərrüatıyla bağlı mətbuata açıqlama verilməyib. Yalnız  danışıqların yanvarın 17-də də davam etdiriləcəyi bildirilib. Bu məlumat AEBA-nın mətbuat katibi Gill Tudor tərəfindən də təsdiq edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR