Bank Of Baku

İranla AEBA arasında növbəti nüvə müzakirələri avqustun ortalarında keçiriləcək

İranla AEBA arasında növbəti nüvə müzakirələri avqustun ortalarında keçiriləcək
# 09 iyul 2013 07:31 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti nüvə müzakirələri avqustun ortalarında keçiriləcək.

 

APA-nın “Reuters” agentliyinə istinadən məlumatına görə, bu barədə agentlikdəki adının açıqlanmasını istəməyən diplomatlar açıqlama verib.

 

Xəbərdə növbəti danışıqların İranın nüvə proqramı ilə bağlı qaranlıq qalmış məsələlərin aydınlaşdırılması üçün başlayacağı və Qərb ölkələrinin də bu müzakirələri diqqətlə izləyəcəyi bildirilib: “Qərb dövlətləri İranın Həsən Ruhaninin hakimiyyət başına gəlməsindən sonra ölkənin nüvə proqramı ilə bağlı qaranlıq qalmış məsələlərə aydınlıq gətirib-gətirməməkdə nə qədər maraqlı olduğunu görmək istəyirlər. Tərəflər arasında müzakirələr avqustun ortalarında baş tutacaq, ancaq hələlik dəqiq bir gün təyin edilməyib. Ancaq bəzi diplomatlar danışıqların avqustda başlanmasını müsbət hal kimi dəyərləndirmirlər. Onlar buna səbəb kimi AEBA-nın icraçı direktoru Yukiya Amanonun bu ilin sentyabr ayında İranın nüvə proqramı ilə bağlı qurumun İdarə Heyətinə təqdim edəcəyi üç aylıq hesabatı göstərirlər”.

 

AEBA-dan isə “Reuters”ə İranla növbəti danışıqların tarixinin müəyyənləşdirilməsindən məlumatsız olduqları bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR