Bakı. Real Cəfərli-APA. Bu ilin ilk rübündə İranla Azərbaycan Respublikası arasında ticarət mübadiləsi artıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin ticarət məsələri üzrə attaşesı Fərəcullah Şəhidi bildirib.
Onun sözlərinə görə, İran Gömrük İdarəsinin statistikaları Azərbaycanın İranla müsbət ticarət balansına malik 5 xarici ölkə sırasında olduğunu göstərir. F. Şəhidi İranın Azərbaycana sement, şüşə, keramika, mozaika, kartof, pomidor, xurma, meyvə və meyvə şirələri, yuyucu tozlar, şokolad, ayaqqabı, sənaye yağları və neft-kimya məhsulları ixrac etdiyini deyib.