Bank Of Baku

İranla Suriya arasında əməkdaşlıq müqavilələri imzalanıb

İranla Suriya arasında əməkdaşlıq müqavilələri imzalanıb
# 17 yanvar 2013 08:05 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. İran və Suriya iqtisadi sahədə əməkdaşlığa dair prinsipal razılaşma imzalayıb.

 

APA-nın İRNA-ya istinadən məlumatına görə, saziş İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi və Suriyanın baş naziri Vaəl əl-Həlqi arasında imzalanıb.

 

Müqavilə İranın Suriyanın elektrik enerjisi şəbəkəsini avadanlıqlarla təmin etmək üçün texniki xidmətlər göstərməsini özündə əks etdirir. Təxminən 50 mln. avro dəyərində olan sazişin müddəti 20 aydır. Bundan əlavə, İran İxrac İnkişaf Bankı və Suriya Ticarət Bankının direktorları arasında bir milyard dollar dəyərində müqavilə də bağlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR