Bank Of Baku

İranla Türkiyə arasında neft-kimya sahəsində əməkdaşlıq sazişi imzalanıb

İranla Türkiyə arasında neft-kimya sahəsində əməkdaşlıq sazişi imzalanıb
# 04 iyul 2013 08:38 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə İran neft nazirinin müavini Abdulhüseyn Bayat açıqlama verib.

 

Onun sözlərinə görə, saziş Bəndər Mahşəhr şəhərində 350 min tonluq PVC müəssisəsinin inşasını özündə ehtiva edir.

 

A.Bayat həmçinin deyib ki, Asaluyə şəhərində 30 ton polimer və müxtəlif lifli maddələr istehsal edəcək müəssisəsinin tikilməsi üçün Cənubi Koreya ilə də yeni əməkdaşlıq sazişi imzalanıb: “Hər iki müqavilənin ümumi dəyəri 45 milyon dollardır”.

 

Eyni zamanda nazir müavini vurğulayıb ki, İranın neft-kimya məhsullarına sanksiya tətbiq edilməsi mümkün deyil: “Çünki dünya bazarı belə bir vəziyyətdə  çox çətinlik yaşayacaq. İranın neft-kimya məhsulları müxtəlifdir və dünya bazarının da məhsullarımıza ehtiyacı var. Ona görə də İranın neft-kimya məhsullarına sanksiya mümkünsüzdür. İran ötən il 60 ölkəyə 16 milyon ton müxtəlif neft-kimya məhsulları ixrac edib. Bu ixracdan isə ölkəyə 12 milyard dollar gəlir daxil olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR