Bank Of Baku

İranlı admiral: “Hərbi gücümüzün artırılması digər dövlətlər üçün təhlükə yaratmır”

İranlı admiral: “Hərbi gücümüzün artırılması digər dövlətlər üçün təhlükə yaratmır”
# 10 yanvar 2013 18:35 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İranın hərbi gücünün artırılması, o cümlədən də Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi digər dövlətlər üçün təhlükəli deyil”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu  İranın Hərbi-Dəniz Qüvvələrinin komandanı, admiral Həbibullah Səyyari deyib. O bildirib ki, İranın Silahlı Qüvvələrinin təlim keçməkdə yalnız bir məqsədi var: “O da bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsidir. 2012-ci il dekabrın 28-dən yanvarın 2-dək Hörmüz boğazında keçirdiyimiz “Vilayət 91” hərbi təlimləri də bu yöndə idi. Təlimlər uğurla başa çatdı və qarşıya qoyduğumuz məqsədə nail olduq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR