Bakı. Könül Cəfərli – APA. “İranda qarşıdan gələn prezident seçkiləri dinc şəraitdə keçiriləcək və buna heç kimin şübhəsi olmamalıdır”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmayıl Əhmədi Müqəddəm deyib.
O bildirib ki, seçkilər bu il iyunun 13-də təhlükəsiz mühitdə keçiriləcək: “Fitnəkarların, xarici qüvvələrin və düşmənlərin seçkilərə kölgə salmalarına icazə verməyəcəyik. İranda təhlükəsizlik yüksək səviyyədədir. Hazırda ölkənin heç bir nöqtəsində təhlükəsizlik baxımından problem yoxdur”.