Bakı-APA. İraq İordaniya ilə sərhəddə olan yeganə keçidi bağlamağı qərara alıb. APA-nın "RBK"ya istinadən verdiyi məlumata görə, hökumət əleyhinə davam edən kütləvi aksiyaların iştirakçıları iki dövləti birləşdirən əsas yolu bağladıqdan sonra İraqın müdafiə nazirliyi bu cür addım atmalı olub.
“Biz müdafiə nazirindən sərhədi bağlamaq barədə əmr almışıq, çünki etirazçılar nəqliyyatın hərəkətinə mane olurlar”, deyə sərhəd xidmətinin nümayəndəsi bildirib.
Məlumatı İordaniyada da təsdiq ediblər.
Rəsmi mənbələr keçidin nə vaxt açılacağı barədə məlumat verməkdən boyun qaçırırlar.
Xatırladaq ki, 2012-ci ilin sonundan etibarən Ənbər vilayətində ölkə prezidenti Nuri əl-Malikinin apardığı siyasətə qarşı kütləvi etiraz aksiyaları keçirilir.