Bank Of Baku

İraq məhkəməsi Kürdüstan bölgəsində keçirilən referendumu qanunsuz elan edib

İraq məhkəməsi Kürdüstan bölgəsində keçirilən referendumu qanunsuz elan edib
# 20 noyabr 2017 09:38 (UTC +04:00)

İraq federal məhkəməsi İraq Kürdüstanında keçirilmiş referendumun ölkə Konstitusiyasına zidd olduğuna dair qərar çıxarıb.

 

 APA-nın xəbərinə görə, bu barədə İraqın yerli agentliyi məlumat yayıb.

 

Federal məhkəmənin qərarında bildirilir ki, İraq Konstitusiyasında ölkənin hansısa ərazisinin ayrılmasını dəstəkləyən maddə yoxdur.

 

Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.  Daha sonra İraq ordusu neft ehtiyatları ilə zəngin Kərkükdə nəzarətin bərpa olunması istiqamətində uğurlu əməliyyat keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR