Bank Of Baku

İraqda 79 İŞİD silahlısı məhv edilib

İraqda 79 İŞİD silahlısı məhv edilib
# 19 fevral 2017 18:54 (UTC +04:00)

İraqın Mosul şəhəri ətrafında 79 İŞİD silahlısı məhv edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əlavə terrorçulara məxsus 13 minalanmış nəqliyyat vasitəsi, 30 partlayıcı qurğu və 3 tunel məhv edilib.

 

Məlumata əsasən, Mosul yaxınlığında həmçinin 10 yaşayış məntəqəsi İŞİD-çilərdən təmizlənib, Naynava əyalətini enerji ilə təmin edən elekrik stansiyası hökumət qüvvələrinin nəzarəti altına keçib.

 

Ötən gün İraqda Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Mosulun qərb hissəsi üç aydır ki, İraq ordusunun mühasirəsindədir. Şərqi Mosul isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR