Bakı. Məlahət Nəcəfova - APA. İraqda baş verən terror aktları nəticəsində 15 nəfər həlak olub, 50 nəfər yaralanıb.
APA-nın məlumatına görə, ilk terror hadisəsi Bağdaddan 25 km cənubda yerləşən sərhəd-buraxılış məntəqəsinin hərbi bazasında baş verib. Avtomobilin partladılması nəticəsində 2 hərbçi və 3 adi vətəndaş həyatını itirib.
Digər hadisə İraq paytaxtının şimalında sərhəd buraxılış məntəqəsində olub. Terakt nəticəsində 6 nəfər ölüb.
Növbəti partlayış hadisəsi Bağdadın şimal-qərbində baş verib. Hadisə nəticəsində 4 nəfər dünyasını dəyişib.
Terror aktlarının təfərrüatları barədə məlumat verilməyib.