Bank Of Baku

İraqda naməlum şəxslər 14 polis əməkdaşını qətlə yetirib

İraqda naməlum şəxslər 14 polis əməkdaşını qətlə yetirib
# 11 iyul 2013 20:12 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

 

İnsident Bağdaddan 200 km aralıda baş verib.

 

“Assoşieyted Press”in məlumatına görə, bir qrup silahlı şəxs nəzarət-buraxılış məntəqəsinə hücum edərək üç nəfəri qətlə yetirib. Bundan sonra isə terrorçular neft borularının təhlükəsizliyini təmin edən təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı olan avtomobili gülləbaran edərək, onları qətlə yetirib.  

 

“Terrorçuların müqəddəs Ramazan ayının ilk günündə bu cinayəti törətməsi, onların hədsiz dərəcədə amansız və qəddar olduğunu göstərir”, deyə Barvan şəhərinin meri Əbdüı Mohsin deyib.

 

Bundan başqa,  “Frans Press”in  Bağdaddakı ofisinin qarşısında güclü partlayışın baş verdiyi barədə xəbər verilir. Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR