İraqda partlayış olub.
APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, hadisə İraqın şimal-şərqində yerləşən Tzu Xurmatu şəhərində baş verib. Terrorçu-kamikadze tərəfindən avtomobilin partladılması nəticəsində 32 nəfər ölüb.
Ölənlər arasında İraq müdafiə qüvvələrinin 6 əməkdaşının da olduğu deyilir. Yerli polis əməkdaşlarının verdiyi məlumata görə, partlayış zamanı 75 nəfərə yaxın adam xəsarət alıb.
Partlayışla bağlı hələ heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.