Bank Of Baku

İspaniyanın Əfqanıstandakı səfirliyinin yaxınlığında partlayış baş verib, 7 nəfər ölüb

İspaniyanın Əfqanıstandakı səfirliyinin yaxınlığında partlayış baş verib, 7 nəfər ölüb
# 12 dekabr 2015 13:48 (UTC +04:00)

Bakı – APA. Əfqanıstan paytaxtında avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində 7 nəfər ölüb.

 

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, hadisə İspaniya səfirliyinin yerləşdiyi binanın yanında baş verib.

 

Partlayış nəticəsində 5 polis əməkdaşının və iki mülki şəxsin öldüyü bildirilir. Onlardan biri xarici vətəndaşdır. Yaralıların sayına gəldikdə isə Əfqanıstan Daxili İşlər Nazirliyindən bildiriblər ki, partlayış zamanı 9 nəfər, o cümlədən iki polis əməkdaşı yaralanıb.

 

Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR