Bank Of Baku

İsrail Fələstin parlamentinin spikerini azad edib

İsrail Fələstin parlamentinin spikerini azad edib
# 10 iyun 2015 04:59 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Qanunverici Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.   

 

Abdel Əziz Dueyk onlarla silahdaşı ilə birlikdə İsrail hərbçilərinin ötən yay itkin düşən üç israilli yeniyetmənin axtarışları çərçivəsində İordan çayının Qərb sahilində keçirdiyi irimiqyaslı əməliyyat zamanı saxlanılıb. Sonradan yeniyetmələrin oğurlanaraq qətlə yetirildiyi müəyyən edilmişdir.   

 

“Abdel Əziz Dueykin azadlığa çıxması Fələstin ədalətinin qələbəsidir. Həbsdə olan bütün parlamentarilərin azad edilməsinə nail olmaq lazımdır”, deyə məlumatda bildirilir.  Fələstin parlamentinin 130 deputatından 11-i hələ də İsrail həbsxanalarında saxlanılır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR