Bank Of Baku

İsrail kəşfiyyatının sabiq rəisi: “İranın nüvə proqramından daha təhlükəlisi İsrailin daxildən parçalanmasıdır”

İsrail kəşfiyyatının sabiq rəisi: “İranın nüvə proqramından daha təhlükəlisi İsrailin daxildən parçalanmasıdır”
# 05 yanvar 2013 12:25 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İsrail daxilində parçalanmalar var”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu  İsrailin daxili kəşfiyyat idarəsinin sabiq rəisi Yuval Diskin deyib. O  İsrailin baş naziri Benyamin Netanyahununu qorxaqlıqda təqsirləndirərək, İrana hücum edilməsinə qarşı olduğunu bildirib: “Netanyahu mühüm qərarlar qəbul etməkdə qorxaq davranır və məsuliyyətdən boyun qaçırır. İran nüvə silahına sahib olsa belə  bu İsrail üçün nə pis ssenari olmayacaq. Daha pis ssenarilər var və məncə ən pisi bizim daxildən parçalanmamızdır. Bu Tehranın nüvə proqramından daha betərdir”.

 

Y.Diskin əlavə edib ki, İsrail üçün ən yaxşı həll yolu fələstinlilərlə görüşlər təşkil edərək, onlarla sülh şəraitində yaşamaqdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR