Bank Of Baku

İsraildə keçirilən seçkilərdə Benyamin Netanyahunun bloku qalib gəlib

İsraildə keçirilən seçkilərdə Benyamin Netanyahunun bloku qalib gəlib
# 23 yanvar 2013 09:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İsrail parlamentinə keçirilən seçkilərdə hazırkı baş nazir Benyamin Netanyahunun bloku üstünlük əldə edib. APA-nın məlumatına görə, B. Netanhayunun “Likud” Partiyası və “Evimzi İsrail” Partiyasının təşkil etdiyi blokun 120 yerlik parlamentdə 31 yer qazandığı bildirilir. B. Netanyahu növbəti dəfə yeni hökuməti formalaşdıracaq.

 

Mandatların sayına görə ikinci yerdə 19 yerlə “Gələcək var” Partiyası yer alır. Onu 17 yerlə “Avoda” və 12 yerlə “Yəhudi evi” partiyaları izləyir.

 

Knessetdə radikal dini partiya “ŞAS” 11 mandat, “Merets”və “Hərəkat” partiyaları hərəsi 7 mandat, “Yahadut ha-Tora” partiyası isə 6 mandata sahib olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR