Bank Of Baku

İsrailin ABŞ-dakı səfiri: “İran öz nüvə proqramı ilə növbəti Holokosta hazırlaşır”

İsrailin ABŞ-dakı səfiri: “İran öz nüvə proqramı ilə növbəti Holokosta hazırlaşır”
# 11 iyul 2013 16:21 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə obyektlərinə təkbaşına hücum etməyə qadirdir”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu İsrailin ABŞ-dakı səfiri Maykl Oren bildirib.

 

Onun sözlərinə görə, İranın nə vaxt nüvə silahına sahib olacağı qarşıya sual kimi qoyulmamalıdır: “Əsas məsələ İranın nüvə silahına yiyələnməsinin qarşısını almaqdır və bu da çox yaxındadır”.

 

M.Oren deyib ki, İran özünün nüvə proqramı ilə növbəti soyqırımına - Holokosta hazırlaşır və bu təhlükəli addımın qarşısının alınması B.Netanyahunun öhdəliyindədir: “İsrailin baş nazirinin İranın nüvə obyektlərinə hücum etməyə mənəvi gücü var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR