Pakistan mübahisəli Kəşmir zonasında atəşkəsi pozub.
APA-nın “Hindustan Times”-a istinadən verdiyi xəbərə görə, dünən gecə saatlarında Hindistan və Pakistan ordusu arasında silahlı toqquşma qeydə alınıb.
Məlumata görə, ilkin hücum Pakistan silahlı qüvvələri tərəfindən olub.
Hindistan ordusunun təmsilçisi Ram Abtar jurnalistlərə bildirib ki, Pakistan hərbiçiləri əvvəlcə Hindistan ərazisinə iki mina atıb. Daha sonra yanğın törədiblər. Pakistan tərəfinin hücumu nəticəsində Hindistan ordusunun 4 üzvü həlak olub, daha üç nəfər isə xəsarət alıb.
Xatırladaq ki, may ayının ortalarında Hindistan müqəddəs Ramazan ayı tamamlanana qədər Kəşmirdə birtərəfli atəşkəs rejimini tətbiq etmişdi.