Bakı. Şamil Əlibəyli - APA. Suriyada kimyəvi silahdan istifadə edilməsi ilə bağlı araşdırmanı aparan mütəxəssislər ölkəni sabah tərk edəcəklər.
APA-nın BMT saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın baş katibi Pan Gi Mun bildirib.
Onun sözlərinə görə, kimyəvi silahlar üzrə isveçli mütəxəssis Ake Selstromun rəhbərlik etdiyi missiya hələ ki, işini davam etdirir. Ekspertlər işlərini cümə günü axşam saatlarında bitirməlidirlər: “Bundan sonra onlar mənə gördükləri nəticələrinə uyğun hesabat təqdim edəcəklər”.
P.Gi Mun bir daha xatırladıb ki, kimyəvi silahdan istifadə etməsi insanlığa qarşı cinayət kimi təsnif olunacaq və günahkarlar məsuliyyət daşıyacaqlar.