Bank Of Baku

Koalisiya İŞİD-in Mosul xəstəxanasında qurduğu qərargahı bombalayıb

Koalisiya İŞİD-in Mosul xəstəxanasında qurduğu qərargahı bombalayıb
# 19 fevral 2017 01:57 (UTC +04:00)

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD terror qruplaşmasının Mosulun qərbindəki xəstəxana kompleksində yaratdığı  qərargahı aviazərbə endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə koalisiyanın bəyanatında bildirilir.    

 

“Koalisiya müəyyən edib ki..., qeyd olunan bina tibbi məqsədlər üçün istifadə edilmir və dinc sakinlər həmin binaya daxil olmur”, - deyə məlumatda bildirilir.  

 

Məhv edilən terrorçuların sayı barədə məlumat verilmir.

 

Qeyd edək ki, Mosulun şərq hissəsi İraq ordusunun  tam nəzarətinə keçib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR