Bakı-APA. Rusiyanın Kuril adalarında 5.2 bal gücündə zəlzələ baş verib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin məlumatına əsasən, zəlzələnin mərkəzi dəniz dibinin 90 km dərinliyində yerləşir. Yeraltı təkanların episentri Simuşir adasının 150 km şərqində qeydə alınıb.
Dağıntılar barədə məlumat verilmir.
Sunami xəbərdarlığı verilməyib.