Bank Of Baku

Livan tribunalı Suriya xüsusi xidmət orqanının şefinin həbsinə order verib

Livan tribunalı Suriya xüsusi xidmət orqanının şefinin həbsinə order verib
# 04 fevral 2013 19:24 (UTC +04:00)

Bakı-APA. Livanın hərbi tribunalı Suriya Milli təhlükəsizlik bürosunun şefi Əli əl-Məmlükün həbsinə order verib. Əl-Məmlük Livanın keçmiş informasiya naziri Mişel Samah barəsində başlanmış cinayət işinin çərçivəsində həbs oluna bilər.

 

Mişel Samah ötən ilin avqustunda Livanda həbs olunub. Onu Livan liderlərinə qarşı sui-qəsd hazırlamaqda ittiham edirlər.

 

Əl-Məmlükdən əlavə tribunal onun köməkçisi polkovnik Adnanın da həbs olunması barədə qətnamə çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR