Bakı-APA. Livanda bir neçə gündür davam edən şiddətli yağışlar və daşqınlar ən azı 3 nəfərin ölümünə səbəb olub, 55 nəfər isə yaralanıb. Bu barədə Sinxua agentliyi məlumat yayıb.
Yağışlar çoxsaylı yol-nəqliyyat qəzalarına da səbəb olub.
Paytaxt Beyrutun kənarlarında yüzlərlə insan öz avtomobillərində daşqının ortasında ilişib qalıb.
Bir sıra bölgələrdə, o cümlədən sahilyanı Batrun şəhərində elektrik kəsilib.