Bank Of Baku

Livan baş naziri istefaya getmək fikrindən daşınıb

Livan baş naziri istefaya getmək fikrindən daşınıb
# 22 noyabr 2017 11:18 (UTC +04:00)

Livan baş naziri istefaya getmək niyyətindən vaz keçib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, noyabrın 4-də istefaya gedəcəyini bəyan edən nazir Saad Hariri bu gün prezident sarayında təşkil edilən mətbuat konfransında səlahiyyətlərinin icrasına davam edəcəyini açıqlayıb. 

 

Qeyd edək ki, Hariri istefaya getmək niyyətinin səbəbini ona qarşı sui-qəsd hazırlanması ilə əlaqələndirib. O, İranı ərəb dövlətlərini dağıtmaq cəhdində günahlandırıb. 

 

Xatırladaq ki, S. Haririnin atası Rafik Hariri Livanın baş naziri olub və 2005-ci ildə sui-qəsd nəticəsində öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR