Bank Of Baku

Misirdə səfərdə olan İran prezidenti ikinci dəfə hücuma məruz qalıb

Misirdə səfərdə olan İran prezidenti ikinci dəfə hücuma məruz qalıb
# 08 fevral 2013 13:34 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Misirdə səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad Qahirədə ikinci dəfə hücuma məruz qalıb.

 

APA-nın “əl-Ərəbiyyə” telekanalına istinadən məlumatına görə, Əhmədinejad bir iranlı diplomatla  görüş keçirən zaman naməlum şəxs kütlənin içindən çıxaraq İran və Suriya prezidentlərinin əleyhinə şüarlar səsləndirib. Sonra M.Əhmədinejadın üzərinə yürümək istəyən şəxs prezidentin mühafizəkarları tərəfindən saxlanaraq, Qahirə polisinə təhvil verilib. Hələlik şəxsin kimliyi barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR