Bank Of Baku

Netanyahu: “ABŞ da İrana hərbi müdaxilə etməlidir”

Netanyahu: “ABŞ da İrana hərbi müdaxilə etməlidir”
# 31 yanvar 2013 09:47 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA.  “İranın nüvə obyektinə tək İsrailin hücum etməsi  lazımi nəticəni verməyəcək”. APA-nın məlumatına görə, bunu  İsrailin baş naziri Benyamin Netanyahu deyib.

 

O bildirib ki, effektiv nəticə üçün İrana ABŞ da hərbi müdaxilə etməlidir: “Tehranın başının üstündən hərbi təhlükə əksik olmadığı halda, sanksiyaların təsiri ola bilər. Yalnız ABŞ-ın hərbi müdaxiləsi İranın nüvə proqramını dayandıra bilər. İran uranı 20 faiz zənginləşdirənədək bu ölkəyə hücum edilməlidir. Əks halda, Tehran atom bombasının istehsalı üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edəcək. Odur ki, 2013-cü il bu məsələ üçün həlledici olmalıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR