Bakı-APA. İsrailin baş naziri Binyamin Netanyahu keçirilmiş parlament seçkilərində rəhbəri olduğu hakim koalisiyanın qalib gəldiyini bəyan edib. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, yeni hökumət üçün ən prioritet məsələ İranın nüvə proqramı olacaq.
Netanyahu açıqlamasında qeyd edib ki, yeni hökumət İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almaq üçün əlindən gələni əsirgəməyəcək.
İsrail və bir sıra qərb dövlətləri hesab edirlər ki, İranın nüvə proqramı kütləvi qrrğın silahı yaranmasına yönəlib.
Xatırladaq ki, seçkilər İsraildə yanvarın 22-də keçirilib. “Exit-poll”arın rəyinə görə, Netanyahunun rəhbər olduğu sağçı qüvvələrin alyansı Knessetdə az da olsa, çoxluq təşkil edəcək.