Bank Of Baku

OPEC: İran iyunda neft hasilatını əvvəlki illərlə müqayisədə azalıb

OPEC: İran iyunda neft hasilatını əvvəlki illərlə müqayisədə azalıb
# 11 iyul 2013 07:51 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) quruma üzv 12 ölkənin gündəlik neft hasilatı ilə bağlı növbəti aylıq hesabatını dərc edib. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu ilin iyun ayında İranın gündəlik neft hasilatı 2 milyon 699 min barel olub: “Bu göstərici də may ayı ilə eynidir, yəni heç dəyişməyib. Ancaq 2011 və 2012-ci illərin iyun ayı ilə müqayisədə 304 min və 959 min barel azalma deməkdir”.

 

Qeyd edək ki, OPEC-lə İranın açıqladığı statistik rəqəmlər üst-üstə düşmür. Belə ki, İran özünün gündəlik neft hasilatının 3 milyon 708 min barel olduğunu açıqlayıb. Bu da OPEC-in hesabatında açıqladığı statistik rəqəmdən 1 mln 40 min barel çoxdur. Bu isə onunla izah edilir ki, İran 2012-ci ilin birinci yarısınadək özünün neft hasilatı haqda statistikanı bir ay gecikdirməklə OPEC-ə təqdim edib. Ancaq 2012-ci ilin ikinci yarısından etibarən İran statistikanı vaxtında və yubatmadan təşkilata verib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR